
Ukrayna XİN Azərbaycan konsulluğuna hücumu pislədi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.
Bu barədə Ukrayna XİN-in yaydığı bəyanatda deyilir.
“Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik. Hüquq-mühafizə orqanları artıq lazımi istintaq hərəkətlərinə başlayıblar. Günahkarlar tapılaraq məsuliyyətə cəlb olunmalıdır", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası atəşə tutulub, itki yoxdur, hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Silahlı hücumun ermənilər tərəfindən təşkil olunduğu şübhə doğurmur.
Oxşar xəbərlər

BMT-nin Baş katibi Gəncəyə hücumu pislədi
Son Xeberler

Azərbaycan və Ukrayna prezidentləri Davosda görüşd...
Bugun.az

Ukrayna XİN-dən Qarabağla bağlı bəyanat
Son Xeberler

Ukrayna bir gündə 67 PUA zərərsizləşdirib
Bugun.az

"Raket hücumu Ermənistanın Vardenis rayonundan həy...
Son Xeberler

“Gəncəyə raket hücumu erməni faşizminin təzahürüdü...
Son Xeberler