Ukrayna muzdlularının Azərbaycan tərəfindən vuruşmaları dezinformasiyadır
Xarici İşlər Nazirliyi (XİN) bəzi xəbər agentlikləri tərəfindən guya Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə yayılan xəbərlərə münasibət bildirib.
XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib ki, bu, heç bir əsası olmayan və tamamilə dezinformasiya xarakteri daşıyan məlumatdır:
“Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur.
Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb etmişdir və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.
Oxşar xəbərlər
Ukrayna XİN-dən Qarabağla bağlı bəyanat
Son Xeberler
Ukrayna XİN Azərbaycan konsulluğuna hücumu pislədi
Son Xeberler
Ukrayna: Sülh Sammiti Mümkündür, Amma Şərtlərimiz...
Bugun.az
Azərbaycan və Ukrayna prezidentləri telefonla danı...
Son Xeberler
Ukrayna'nın NATO yolu bağlanır?
KIBRIT MEDIA
Ukrayna Rusiya ilə Torpaq Məsələsini Müzakirə edir...
Bugun.az