Türkiyəli generaldan Erməni təxribatı ilə bağlı - SƏRT AÇIQLAMA
“Ermənistan illərdir etdiyi qanunsuz hücumu ört-basdır etmək üçün beynəlxalq birliyi səfərbər etməyə çalışır. Bu yolverilməzdir.”
Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycanda sabiq hərbi ataşesi təqaüddə olan general-mayoru Yücel Karauz deyib.
O bildirib ki, işğalçı Ermənistan bu dəfə də Azərbaycanın hərbi mövqeləri ilə yanaşı, dinc insanlara da hücum edib. Bu vəziyyət beynəlxalq hüquqa ziddir.
''Əvvəlcə bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə təcili şəfa diləyirəm. Bu haqsız və qanunsuz hücumu bir neçə baxımdan qiymətləndirmək lazımdır. Birincisi Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf vilayətlərdə yerləşən mövqelərindən deyil, müharibə zonasından kənarda sərhəd xəttində yerləşən Tovuz bölgəsinə hücum etdi. Bu hücumdan sonra Azərbaycan tərəfindən lazımi cavab verilərək hücumlar dəf edildi və Ermənistan ağır itki verdi. Ermənistan BMT-nin bütün qətnamələrində göstərdiyi kimi, haqsız və qanunsuz işğala son qoymalı və Azərbaycanın ərazi bütövlüyünü təmin etməlidir.''
General-mayor Yücel Karauz bildirdi ki, Ermənistan dünyanın diqqətini Ermənistan-Azərbaycan probleminə cəlb etməklə özünün haqsız və qanunsuz işğalı ilə legitimliyini göstərməyə çalışır.
''Çünki həm BMT, həm də ATƏT-in Minsk qrupu Ermənistanın qanunsuzluğuna göz yumur. Onlar son seçkilərdən sonra Ermənistanın prezidentinin Şuşada keçirilən qanunsuz andiçmə mərasimində iştirak etməməyinə və işğal altındakı torpaqlarda qanunsuz fəaliyyətlərinə biganə yanaşdılar. ATƏT-in Minsk qrupu həmsədrlərinin ''Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil '' kimi bəyanatları erməniləri qudurtmaqdan başqa bir şey deyil. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağı üçüncü dövlət olaraq tanıtmaq və bu münaqişədə danışıqlar masasına üçüncü dövlət kimi oturtmaq cəhdləri var". Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan dövləti Qondarma Dağlıq Qarabağ hökuməti ilə bu masaya heç vaxt oturmayacaq. ”
Bəs Ermənistanın hərbi təxribatının məqsədi nə ola bilər?
“Ermənistanda insanlar hətta övladlarını hərbi xidmətə göndərmək istəmirlər və münaqişələrin dayandırılması üçün beynəlxalq qurumlardan kömək istəyirlər. Bu təxribatların törədilməsində məqsəd Azərbaycanın nüfuzuna zərbə yetirməkdir. Ermənilər hazırki vəziyyətdə epidemiyanın yayılmasından istifadə edərək belə bir təxribata əl atdılar. Bununla da onlar həm dünyanın, həm də Azərbaycanın reaksiyasını görmək istəyirlər. Azərbaycan xalqı hər zaman olduğu kimi bu oyunlardan xəbərdardır və hadisələr qarşısında yüksək vətənpərvərlik hissi nümayiş etdirir. Heç kim Azərbaycan ordusunun əzmini və döyüş gücünü təyin etməyə çalışmamalıdır.”
Hərbçi qeyd etdi ki, Ermənistan məqsədlərinə çatmayıb və buna nail ola bilməyəcək. Aprel döyüşlərində ciddi itkilər verən Ermənistan daxilində baş verənlər onu göstərir ki, xalq müharibə istəmir. Çünki onların mübarizə əzmi yoxdur. Onlar yaxşı bilirlər ki, haqsız işğalın arxasında dayanan qüvvələr olmasa onların bu mübarizəni davam etdirməsi mümkünsüzdür.
“ Türk dövləti və türk milləti bu günə qədər olduğu kimi əbədi olaraq Azərbaycanın yanında olacaqdır. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil bütün türk dünyasının problemidir. Allah Azərbaycan dövlətini, əskərini qorusun. Gün o gün olsun ki, işğal altında olan torpaqlarımızda şanlı Azərbaycan bayrağı dalğalansın.”
Etiketlər
Oxşar xəbərlər
Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın ş...
Son Xeberler
Kanadada ermənilərin təxribat istəyi ürəyində qald...
Son Xeberler
Türkiyəli musiqiçi həyatını itirdi
Son Xeberler
Tovuzda növbəti erməni təxribatı :
Son Xeberler
Türkiyəli alimlərdən daha bir ilk:
Son Xeberler
Azərbaycanlı jurnalistə qarşı erməni təxribatı:
Son Xeberler