25.12.2020 22:28
6
abunə
349
Türkiyədə son sutkada 256 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində daha 256 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 3199-u simptomatik olmaqla 17 543 yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 19 371, virusa yoluxanlar isə 2 118 255 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 970 803 pasiyent (son sutkada 35 511 nəfər) sağalaraq evə buraxılıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine