Türkiyə “Şarli Hebdo”ya qarşı istintaq başlatdı

28.10.2020 13:58 519 baxış sayı 2 dəq. oxuma
Türkiyə “Şarli Hebdo”ya qarşı istintaq başlatdı

Türkiyə Baş Prokurorluğu Prezident Rəcəb Tayyib Ərdoğanın təhqiramiz karikaturasını yayımlayan fransız satirik jurnalı “Şarli Hebdo”ya qarşı istintaq başladıb.

Türkiyə Baş Prokurorluğundan məlumatına görə, istintaq Türkiyə dövlət başçısının təhqir olunması ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə başladılıb.

““Şarli Hebdo” adlı jurnalın vəzifəli şəxslərinə qarşı Türkiyə Cəza Qanununun 12, 13 və 299-cu maddələrinə əsasən istintaq başladılıb”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Fransanın “Şarli Hebdo” jurnalı son nəşrində çıxan üz qabığında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Nəşr Türkiyədə kəskin tənqidlərə və etirazlara səbəb olub.

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: