24.01.2021 10:49
6
abunə
363
Türkiyə dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi

Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətə başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub. Ölkə rəhbərliyinə son vəziyyətlə bağlı məlumat verilib.

Hazırda gəminin Qabona doğru hərəkət etdiyi məlum olub.

Çavuşoğlu gəminin məxsus olduğu şirkətin rəhbəri Osman Levent Karsanla telefonla danışaraq qaçırılan dənizçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Xatırladaq ki, ötən gün Türkiyə şirkətinə məxsus "Mozart" adlı yük gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine