09.12.2020 15:49
6
abunə
420
Türk həkimlərin peyvəndi İsraildə

İsrail türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi peyvəndə sahib olub.

Vaksinlərin ilkin mərhələsi bu gün Təl-Əvivə çatdırılıb.

Ben Qurion Hava Limanına gətirilən dərmanlar tətbiqə hazır edilməsi üçün depolara yollanıb. Vətəndaşlara peyvəndin vurulması dekabrın 20-dən etibarən başlayacaq. 

Baş nazir Benyamin Netanyahu isə koronavirus xəstələrinin tezliklə sağalacağını deyib: “Bu vaksinə inanıram və yaxın günlərdə nəticəsini görəcəyik”.

Baş icraçı Yossi Ofek açıqlamasında ölkəyə ilin sonunadək 4 milyon doz vaksinin gətiriləcəyini söyləyib.

Qeyd edək ki, 9 milyon əhalisi olan İsraildə 348 min 968 insan koronavirusa yoluxub və 2932 ölüm halı qeydə alınıb. 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine