Tramp səslərin hesablanmasını dayandırmağı tələb etdi

05.11.2020 17:39 565 baxış sayı 2 dəq. oxuma
Tramp səslərin hesablanmasını dayandırmağı tələb etdi

ABŞ Prezidenti Donald Tramp səslərin hesablanmasının dayandırılmasını tələb edib.

Bu barədə o, Tvitter səhifəsində yazıb:

“Səsləri saymağı dayandırın!”.

Bundan əvvəl Trampın seçki qərargahı Arizona və Nevada ştatlarında bülletenlərin saxtalaşdırılması iddiası ilə səslərin hesablanmasının dayandırılmasını tələb etmişdi. Belə bir iddia Corciya, Pensilvaniya, Miçiqan ştatlarına qarşı da irəli sürülmüşdü. Respublikaçıların nümayəndələri, həmçinin, Viskonsində səslərin yenidən hesablanmasını tələb etmişdilər.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçki marafonunun qalibi hələlik elan edilməyib. Tramp lazım olan 270 səsdən 214-nü, Demokratlar partiyasından olan rəqibi Co Bayden isə 264-nü toplayıb.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: