🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Tramp İsrail Məclisində!

13.10.2025 08:47 18 baxış sayı 1 dəq. oxuma
Tramp İsrail Məclisində!

ABŞ Prezidenti Donald Tramp rəsmi səfərdə olduğu İsrailin Qərbi Qüdsdə yerləşən Məclis binasına gəlib. Ben Qurion hava limanındakı rəsmi mərasimdən sonra Qərbi Qüdsə yola düşən Tramp, İsrail Məclisinə (Knessetə) çatıb. Trampı Məclisdə İsrailin Baş naziri Benyamin Netanyahu və Məclisin sədri Amir Oxana qarşılayıblar.


"BU YENİ BİR BAŞLANĞICDIR" Qarşılanma mərasimindən sonra Tramp, Məclisin xatirə dəftərinə "Bu mənim üçün böyük şərəfdir; əzəmətli və gözəl bir gün. Yeni bir başlanğıcdır" sözlərini yazıb imzalayıb.


QƏZZA ZİRVƏSİ ÜÇÜN MISIRA GEDƏCƏK. ABŞ Prezidenti Donald Tramp burada İsrail Məclisi önündə çıxış etdikdən sonra Qəzza zirvəsinə qatılmaq məqsədilə Misirə yola düşəcək.


Paylaş: