🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Tramp ABŞ-ın NATO-dan çıxması məsələsini AÇIQLADI

11.07.2020 08:44 552 baxış sayı 2 dəq. oxuma
Tramp ABŞ-ın NATO-dan çıxması məsələsini

Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində olmadığını, ancaq bununla belə üzv ölkələrin üzvlük haqlarının ödənmməsinə diqqət ayırmalı olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp "Washington Post" qəzetinə verdiyi müsahibədə ölkənin NATO-dan çıxması ilə bağlı suala cavab verib.

Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində olmadığını, ancaq bununla belə üzv ölkələrin üzvlük haqlarının ödənmməsinə diqqət ayırmalı olduğunu bildirib.

"Demək olar ki, heç bir şey ödəməyənlər var idi və indi ödəyirlər. Mənə vacib bir sual verdilər: "Əgər ödəməsəydik, sən tərk edərdin?" Mən isə cavab verdim: "Bəli, tərk edərdim". Əgər belə cavab verməsəydim, ödəməzdilər ”,-deyə Tramp qeyd edib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ölkənin NATO müttəfiqlərini tənqid edərək müdafiə xərclərini artırmağa çağırmışdı. ABŞ Prezidentinin sözlərinə görə, təşkilata üzvü olan bütün ölkələr öz öhdəliklərini yerinə yetirməlidirlər.

Etiketlər

Paylaş: