Tibb Universitetinin qəzada həlak olan tələbələri - FOTOLAR

30.11.2020 07:45 651 baxış sayı 2 dəq. oxuma
Tibb Universitetinin qəzada həlak olan tələbələri -

Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

Hər üç tələbə koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. Hadisə onlar işdən evə gedərkən baş verib. Tələbələrdən ikisi hadisə yerində, Tuncay Məmmədov isə xəstəxanada keçinib.

Qəzada yaralanan digər tələbə İlkin Ağamirzəyev hazırda Bakıda özəl xəstəxanaların birində müalicə olunur. Onun vəziyyətinin də ağır olduğu deyilir.

Qəzada həlak olan tələbələr Tuncay və Yeganənin fotolarını təqdim edirik.

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: