🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təhsil Nazirliyindən himn zamanı yıxılan xanımla bağlı AÇIQLAMA

16.09.2020 18:48 341 baxış sayı 2 dəq. oxuma
Təhsil Nazirliyindən himn zamanı yıxılan xanımla bağlı

Təhsil Nazirliyi 15 sentyabr - Bilik Günündə məktəblərdən birində himn zamanı huşunu itirərək yerə yıxılan qadınla bağlı açıqlama yayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəblinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb:

"Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir”. 

 

 
 
Paylaş: