
Son Xeberler
9 abunə
Təhsil Nazirliyi vakansiyalar elan etdi
09.09.2020 18:23
585 baxış sayı
2 dəq. oxuma

Cari ilin 31 avqust - 4 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.
Təhsil Nazirliyindən S verilən məlumata görə, kimya fənni üzrə ümumi təhsil müəssisələrinə keçid balı 30, digər fənlər üzrə isə 36 müəyyənləşdirilib.
Namizədlər 10 sentyabr saat 14:00-dan 11 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, 31 avqust - 4 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"EDU COMPANY Təhsil Şirkəti aşağıda göstərilən vak...
Edumap.az Təhsil Portalı
1
09/12 13:29

EDU COMPANY” Təhsil Şirkəti aşağıda göstərilən vak...
Edumap.az Təhsil Portalı
172
18/11 17:09

Bağçalar üçün qrant müsabiqəsi elan edilib
Bugun.az
12
24/09 13:25

SOCAR şirkətdaxili vakansiyalar elan edib
Son Xeberler
529
11/02 13:47

Təhsil naziri sabahkı brifinqin anonsunu etdi
Son Xeberler
480
21/01 10:56

Prezident yeni Təhsil naziri təyin etdi -
Son Xeberler
1,015
27/07 09:41