🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik”

22.01.2021 09:08 375 baxış sayı 2 dəq. oxuma
Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik”

"Bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı daha sürətli açılmalara gedilə bilər. Amma bu, yoluxma hallarının daha az riskli olması ilə bağlıdır”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, təbii ki, təhsil müəssisələrinin açılması düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər:

"Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formada əyani təhsilə qaytarmaqdır”.

Nazir dərslərin həftədə 3 dəfə keçirilməsindən də danışıb:

"Dərslərin həftədə 3 dəfə keçirilməsi zərurətdən irəli gəlir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölündüyü üçün həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi dördnövbəli edə bilmirik. V-IX siniflər əyani təhsilə keçəndə daha çox sıxlıq olacaq”.

Paylaş: