🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Təhsil haqqında” qanun dəyişdirildi

20.10.2020 09:29 348 baxış sayı 2 dəq. oxuma
“Təhsil haqqında” qanun dəyişdirildi

Milli Məclisin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.

Təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Bildirilib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Belə ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. 

Paylaş: