Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus xəstələrinin və COVID-19-a şübhəli şəxslərin hansı hallarda poliklinikaya, hansı hallarda isə Təcili Tibbi Yardıma müraciət etməsi barədə məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna bilər:
"Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir.
Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağırışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur”.
"Gəlin, məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını riskə atmayaq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Təcili tibbi yardım TƏBİB-dən niyə alındı? -
Son Xeberler
Təcili yardım çağırışlara niyə gecikir? -
Son Xeberler
Prezident xanımı ilə yeni təcili yardım maşınların...
Son Xeberler
Azərbaycanda hamilə qadını aparan təcili yardım "K...
Son Xeberler
Azərbaycana 41 təcili tibbi yardım avtomobili gəti...
Son Xeberler
Bakı səhəri pis xəbərlə açdı: 6 təcili yardım maşı...
Son Xeberler