🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB rəsmisi: "Hər bir insana potensial virus daşıyıcısı kimi baxmalıyıq"

12.06.2020 14:07 490 baxış sayı 2 dəq. oxuma
TƏBİB rəsmisi: "Hər bir insana potensial virus daşıyıcısı kimi baxmalıyıq"

“Bəzən deyirlər ki, həftəsonu karantin elan edilsə də, koronavirusa yoluxanların sayı artır. Amma halbuki əvvəlki günlərin testlərinin nəticələri bir neçə gün çıxır”.


Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.


O bildirib ki, hər bir insana potensial virus daşıyıcısı kimi baxılmalıdır: “Bir insanda xəstəliyin əlamətlərinin başlaması 7-14 gün təşkil edir. Yəni keçən həftənin nəticəsini hələ gözləməliyik. Gələn həftə əgər yoluxma sayında azalma olsa, o zaman nəticənin effektiv olmasını demək mümkün olacaq. İnkubasiya dövrü fərdi xarakter daşıyır”. 

Paylaş: