Son Xeberler
Son Xeberler

15.08.2020 23:02

6 abunə

384

Tanınmış jurnalistin avtomobilinin 75 litrlik yanacaq çəninə 82 litr benzin “doldurdular” – FAKT

Tanınmış jurnalistin avtomobilinin 75 litrlik yanacaq çəninə

Bakıda “Lukoil” yanacaqdoldurma məntəqəsində tanınmış jurnalist Vamiq Nəsirovun “Hyundai” markalı avtomobilinin 75 litr yanacaq tutumu olan çəninə 82 litr benzin “doldurublar”.

Bu barədə V.Nəsirov özü məlumat verib.

“Lukoil yanacaq doldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurdular". Üstəlik çəndə ən az 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər. "Nə var, odur". O qədər əmin və qəti cavab verdilər ki, özümdən və Hyundai şirkətindən şübhələndim. Dedim yəqin Hyundai "bezrazmer" yanacaq çəni istehsal edib müştəriləri məlumatlandırmayıb. Hyundai şirkətini məhkəməyə verəcəm. “Lukoil”u isə şahid qismində dəvət edəcəm. Yəqin ki, gələrlər. Axı onlar çox təmiz işləyir. "Nə var, odur"” – V.Nəsirov qeyd edib.

Etiketlər:

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine