
Son Xeberler
9 abunə
Tanınmış jurnalist nazirlikdəki vəzifəsindən azad olundu
29.07.2020 11:45
536 baxış sayı
2 dəq. oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr sektorunun müdiri tanınmış jurnalist Səfurə Çərkəzqızı vəzifəsindən azad olunub.
Bu barədə S.Çərkəzqızı özü bildirib. Jurnalist hazırda işsizdir.
Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. "P.S. Gənclik”, "7 Gün”, "Rezonans”, "Həftə içi” qəzetlərində, "Lider”, ARB televiziyalarında çalışıb.
Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. "And olsun atlara!” və "Sevdalılar” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Etiketlər
Oxşar xəbərlər

Ramin İsmayılov vəzifəsindən azad olundu
Bugun.az
4
22/02 11:25

Tanınmış jurnalist koronavirusa yoluxub
Son Xeberler
453
22/09 14:49

Tanınmış azərbaycanlı jurnalist koronavirusdan vəf...
Son Xeberler
625
28/07 06:48

Tanınmış jurnalist VƏFAT ETDİ -
Son Xeberler
452
28/01 13:35

“Azəriqaz” İB-də yeni
Son Xeberler
598
11/09 10:31

Tanınmış jurnalist intihar etdi
Xəbər Anı
152
22/10 13:18