🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şuşa kilsəsində saxta videomüraciət: Arayik Ermənistana qaçdı

01.11.2020 10:29 427 baxış sayı 3 dəq. oxuma
Şuşa kilsəsində saxta videomüraciət:

Ermənistanın formalaşdırdığı qondarma qurumun "rəhbəri" Arayik Harutunyanın Şuşa kilsəsində çəkildiyi iddia edilən videomüraciəti sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub.

Son 10 gün ərzində döyüş əməliyyatları ilə bağlı yayılan videoları, rəsmi məlumatları diqqətlə təhlil etdikdə bu videomüraciətin iddia olunduğu vaxtda, yəni oktyabrın 30-da çəkilmədiyi aydın görünür.

Belə ki, döyüş əməliyyatlarının getdiyi əraziləri, Azərbaycan Ordusunun irəliləmə dinamikasını, azad edilən yaşayış məntəqələrinin yerləşmə coğrafiyasını nəzərdən keçirdikdə asanlıqla müəyyən etmək olur ki, video oktyabrın 30-da deyil, ən azı həmin tarixdən 7-10 gün əvvəl qeydə alınıb.

Müraciətin köhnə olmasına və tələsik hazırlanmasına səbəb isə Azərbaycan Ordusunun tezliklə həmin əraziləri azad edərək nəzarətə götürəcəyini qondarma qurum "rəhbərliyi"nin anlamasıdır.

Ordu.az saytının apardığı araşdırmaya əsasən videosujet təxminən oktyabrın 20-22 tarixləri arasında qeydə alınıb. Çəkilişdən dərhal sonra Arayik Harutunyan öz “svitası” ilə Qarabağı tərk edib və Ermənistan ərazisində Ermənistan-Azərbaycan dövlət sərhədinin yaxınlığında qərarlaşıb.

Beləliklə, döyüşlərdə mənasız yerə həyatını itirən və əlil olan erməni gənclərin taleyi həmişəki kimi Ermənistanın kriminal siyasi-hərbi rəhbərliyini maraqlandırmır.

Paylaş: