23.11.2020 12:38
6
abunə
344
Sürücülərin nəzərinə! - FOTO

Aeroport yolunda baş verən iki qəza sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, bir qədər əvvəl hava limanı şossesində bir-birinin ardınca iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində olub. "Baku Expo" mərkəzi yaxınlığında "Ford" markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.

 

 


Daxil olun


x
This website is using cookies. More info. That's Fine