
Ştutqartda Azərbaycana dəstək aksiyası oldu

Almaniyanın Ştutqart şəhərində azərbaycanlı gənclərin iştirakı və Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycana dəstək aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, soydaşlarımız Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycan dövlətinə və ordusuna dəstək, işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarına etiraz məqsədilə flaşmob təşkil edib. Aksiya zamanı ermənilərin terrorçu hərəkətlərini nümayiş etdirən plakatlar qaldırılıb, qara parçanın üzərində şamlarla Gəncə və Bərdə yazılıb, ətrafına güllər düzülüb.
Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada iştirakçılar “Qarabağ Azərbaycandır!”, “’Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun” və s. kimi şüarlar səsləndiriblər.
Oxşar xəbərlər

Sankt-Peterburqda Azərbaycana dəstək aksiyası keçi...
Son Xeberler

Türkiyədə Azərbaycana dəstək aksiyası keçirildi -
Son Xeberler

Niderlanddakı azərbaycanlılar ordumuza dəstək aksi...
Son Xeberler

“Qalatasaray” Azərbaycana bu sözlərlə dəstək oldu...
Son Xeberler

Türkiyə klubundan Azərbaycana dəstək -
İdman Xəbər

Antalyada şagirdlərdən Azərbaycana dəstək -
Son Xeberler