🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Son günlər ölkədə COVİD-19-a yoluxma sayının artmasına səbəb nədir? - AÇIQLAMA

19.08.2020 17:20 481 baxış sayı 2 dəq. oxuma
Son günlər ölkədə COVİD-19-a yoluxma sayının artmasına səbəb nədir? -

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında az da olsa artım müşahidə olunur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, virusun artmasına bir neçə səbəb ola bilər.

O qeyd edib ki, virusun artmasının səbəblərindən biri virusun hələdə bizə məlum olmayan və tam bilinməyən xüsusiyyətləri ola bilər.

R.Mahmudovun sözlərinə görə, karantin rejiminin yumuşalması nəticəsində insanlar arasında təmasda artım və ya tövsiyə olunan qaydalara kütləvi olaraq riayət etməmək də virusun artmasının bir səbəbi sayıla bilər.

Deputat vurğulayıb ki, ötən 5 ay ərizində COVİD-19-un həm dünyada, həm ölkəmizdə yaratmış olduğu reallıqlar bizə çox şey öyrətdi:

"Ötən dövr ərzində COVİD-19-un xüsusiyyətləri və təhlükələri barədə çox şey öyrəndik. Həmçinin ötən müddət ərzində biz üç mühüm məsələyə diqqət etməklə virusla çox rahat şəkildə mübarizə aparmağın mümkün olduğu öyrəndik.

Sosial məsafəni qorumaq, tibbi maska taxmaq və gigiyena qaydalarına əməl etmək kimi sadə üsullarla bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala bilərik. Vətəndaşlarımızı bu sadə qaydalara əməl etməyə çağırıram"

Paylaş: