10.01.2021 18:22
6
abunə
563
SON DƏQİQƏ! Putin Qarabağla bağlı iclas keçirdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin Qarabağ məsələsi ilə bağlı iclas keçirib.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Bildirilir ki, Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sabah Moskvada baş tutacaq görüş ərəfəsində Dağlıq Qarabağ məsələsinin nizamlanması və Cənubi Qafqazdakı vəziyyətlə bağlı toplantı keçirib.

İclasda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.



Daxil olun


x
This website is using cookies. More info. That's Fine