
SON DƏQİQƏ! Bakıda güclü partlayış olub - VİDEO

Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin saytına verdiyi məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə olunub.
Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m olan nasosxananın yanar konstruksiyaları, elektrik kabeli 3 p.m, ərazidə mazut qalıqları 60 kv.m sahədə və 2 ədəd 50 litrlik propan qaz balonu yanıb, partlayışın zərbəsindən nasosxananın divarları dağılıb.
Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış, 1 nəfər...
Son Xeberler

SON DƏQİQƏ: Bakıda güclü partlayış - Xəsarət alan...
Son Xeberler

İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaral...
Son Xeberler

Bakıda məktəbin qazanxanasında partlayış oldu - Ya...
Son Xeberler

Güclü partlayış: Çox sayda ölən var
Xəbər Anı

Dəmiryol vağzalında dəhşətli partlayış
Xəbər Anı