SON DƏQİQƏ:Azərbaycanın bu rayonu koronavirusa qalib gəlib — RƏSMİ AÇIQLAMA
Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkəmizdə virusun təsirlərinin aradan qalxdığı rayonlar da az deyil.
Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib ki, hazırda rayonda heç bir yoluxma halı yoxdur.
“Zərdabda vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Profilaktik tədbirlər həyata keçirilir. RİH və Polis şöbəsi tərəfindən mobil qruplar yaradılıb və bu qrupların nəzarəti ilə bütün lazımi tədbirlər görülüb”.
Vasif Məmmədov həmçinin rayon sakinlərindən 3 nəfərin koronavirusa yoluxduğunu və onlardan birinin dünyasını dəyişdiyini qeyd edib.
“İndiyə qədər 3 yoluxma hadisəsi qeydə alınıb. Bu şəxslərdən biri artıq müalicə olunub. Digər iki şəxslərdən biri şəhər və digəri Aşağıseyidlər kəndinin sakini idi. Aşağıseyidlər kəndinin sakini olan yaşlı qadın koronavirusdan dünyasını dəyişib. Lakin hal-hazırda heç bir yoluxma yoxdur”, – deyə İcra Hakimiyyətinin rəsmisi vurğulayıb.
Etiketlər
Oxşar xəbərlər
Mehman Hüseynov xərçəngə qalib gəldi -
Son Xeberler
Koronavirusa qalib gələn Maldini əməliyyat olundu
İdman Xəbər
SON DƏQİQƏ: Azərbaycanın Xalq artisti koronavirusa...
Son Xeberler
Azərbaycanın bu rayonu koronavirusa qalib gəlir -
Son Xeberler
Moskvada koronavirusla bağlı son vəziyyət
Son Xeberler
Lukaşenko Belarusun koronavirusa qalib gəldiyini
Son Xeberler