SON DƏQİQƏ! Azərbaycanda bu qadağa ləğv edildi: RƏSMƏN AÇIQLANDI

18.01.2021 18:51 2,190 baxış sayı 1 dəq. oxuma
SON DƏQİQƏ! Azərbaycanda bu qadağa  ləğv edildi:

Yanvarın 25-dən etibarən hazırlıq kurslarının fəaliyyətinə də icazə veriləcək.

Bu barədə virtualaz.org-a Nazirlər Kabinetinin mətbuat katibinin rəhbəri İbrahim Məmmədov məlumat verib. İ.Məmmədov deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair yanvarın 16-da qəbul etdiyi qərarda repetitor kurslarının fəaliyyətinə icazə verilməsi də nəzərdə tutulur. (Bu barədə həmin gün məlumat açıqlanmamışdı,-red.)

Repetitorların fəaliyyərinə böyük qruplar halında məşğələlər aparmamaqla icazə verilir.

Belə ki, hazırlıq qruplarında maksimum 9 şagird məşğul ola bilər, bundan artıq şagirdin məşğələlərə cəlb olunması karantin rejiminin pozulması hesab ediləcək.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: