Son bir gündə dünyada koronavirusa 136,5 min nəfər yoluxub
Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 7,4 milyon nəfəri ötüb, 418 mindən çox insan yeni növ virusdan ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına əsasən, son bir gün ərzində yeni növ koronavirusa 136 572 yoluxma qeydə alınıb, COVID-19 analizi müsbət çıxmış 4 925 nəfər ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 410 510 təşkil edir. İndiyədək virusun aşkarlandığı ayrı-ayrı ölkələrdə 418 294 koronavirusun qurbanı olub.
Koronavirusa ən çox yoluxma Şimali və Cənub Amerikada qeydə alınıb. Bu qitədə 3 560 591 nəfərin COVID-19 analizi müsbət olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
Dünyada son sutkada 655 mindən çox insan virusa yo...
Son Xeberler
ABŞ-da bir gündə 45 mindən çox yoluxma qeydə alınd...
Son Xeberler
Dünyada son sutkada 355 mindən çox koronavirusa yo...
Son Xeberler
Dünyada son sutkada 384 mindən çox koronavirusa yo...
Son Xeberler
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 501 mi...
Son Xeberler
Dünyada koronavirusa yoluxanların sayı 8 milyonu ö...
Son Xeberler