Snouden Rusiyada ömürlük qala biləcək

22.10.2020 12:11 494 baxış sayı 2 dəq. oxuma
Snouden Rusiyada ömürlük qala biləcək

ABŞ-ın keçmiş kəşfiyyat zabiti Edvard Snouden Rusiyada müddətsiz yaşama icazəsi alıb.

Bu barədə Snoudenin Rusiyadakı maraqlarını təmsil edən vəkili Anatoli Kuçerena “RİA Novosti”yə danışıb.

“Edvard Snouden Rusiyada müddətsiz yaşamaq icazəsi aldı”, - deyə vəkil vurğulayıb.

O bildirib ki, icazəsinin uzadılması proseduru koronavirus pandemiyası səbəbindən ləngiyib.

Qeyd edək ki, Edvard Snouden Amerika Milli Təhlükəsizlik Agentliyinin aparıcı əməkdaşlarından olub. 2013-cü ildə o, ABŞ xüsusi xidmətlərinin işləri barədə məlumatları ictimailəşdirməklə bütün dünyanın bu həqiqətdən xəbərdar olmasının zəruriliyindən bəhs edib. ABŞ-da onu uzunmüddətli həbs gözlədiyindən o, hazırda Rusiyada yaşayır.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: