01.03.2021 18:24
6 abunə
845
''Şeytan çıxarmaq'' əməliyyatı zamanı DƏHŞƏT - 9 yaşındakı qıza yağ çəkib...
Doqquz yaşındakı bir qız pis ruhları qovacağı düşüncəsi ilə təşkil edilən 'şeytan çıxarma' ayinində döyülərək öldürüldü.
Şri-Lankada ritual zamanı 9 yaşlı qızın döyülərək öldürüldüyü bildirilir. Şri Lanka polisinin açıqlamasına görə, paytaxt Kolombodan 40 kilometr məsafədəki Delgoda qəsəbəsindəki "cin çıxarma" mərasimində bir qız öldürülüb.
Məlumata əsasən şeytani ruhları xaric edəcəyinə inanan ayin zamanı dəfələrlə döyülən 9 yaşlı qızın anasının və cin çıxardığı iddia edilən şəxsin tutulduğu bildirildi.
Həbs edilən ana qızının bir iblis tərəfindən tutulduğuna inanaraq onu bir cadugərin evinə aparıb.
Həmin cadugər əvvəlcə 9 yaşlı qıza yağ sürtərək, sonra da onu çubuqla dəfələrlə huşsuz vəziyyətə düşənə qədər vurub.
Qız aldığı zərbələrdən aparıldığı xəstəxanada ölüb.
Qeyd edək ki, hazırda hadisə ilə bağlı polis təhqiqat aparır. Məlumat üçün bildirək ki, ''İblis ovçularına'' qarşı Hindistanda aparılan mübarizə son dövürlər geniş vüsət alıb.
Mənbə:Haberglobal