15.07.2020 14:53
6 abunə
782
Sərhəddə döyüşlər bu səbəbdən başlayıb
Azərbaycan-Ermənistan sərhədində gərginlik Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başlayıb.
Bu barədə "Qazeta.ru”da dərc olunan məqalədə bildirilir.
"Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanla silahlı toqquşma Paşinyanın oğlu Aşotun ordudan tərxis olunmasından üç gün sonra baş verib. Baş nazirin tənqidçiləri bu məqamı təsadüfi saymır və hesab edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən tez-tez şəxsi maraqlarını ön plana çəkir. Axı Paşinyanın oğlu xidmət edərkən vəziyyət sakit idi və birdən gözlənilmədən gərginlik yarandı”, - məqalədə deyilir.
Məqalənin müəllifi qeyd edir ki, təxribatların əsl məqsədi Paşinyanın Ermənistan əhalisini daxili problemlərdən yayındırmaq niyyətidir.
Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, məşhur rusiyalı politoloq Andrey İvanov məsələ ilə bağlı deyib ki, Paşinyan Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi, vətəndaşlarına heç bir nailiyyət nümayiş etdirə bilmədi, buna görə də açıq siyasi təxribatlara əl atdı: "Bu yolla Ermənistanın baş naziri əhalinin diqqətini bu günə qədər yığılıb qalan daxili problemlərdən, o cümlədən iqtisadi problemlərdən yayındırmağa çalışır”