🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

SENSASİON AÇIQLAMA: Rusiya Şuşaya çəkilən yolu ermənilərin nəzarətinə verməyə çalışır

14.12.2020 15:38 771 baxış sayı 3 dəq. oxuma
SENSASİON AÇIQLAMA:

"Rusiya sülhməramli qüvvələri Qarabağda erməni terroruna dəstək verir".

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib. O deyir ki, Hadrut təxribatında Rusiyanın "Sülhməramlı qüvvələrinin" komandanı Rüstəm Muradov və terrorçubaşı Arayik Arutunyan birgə hərəkət edir.


“Onlara Rusiya sülhməramlı qüvvələri bu qədər dəstək verib ki, Hadrut əməliyyatlarına start veriblər. Bu, birbaşa imzalanmış bəyannamənin pozulmasıdır. Azərbaycan adekvat əməliyyat nəticəsində iki kəndi və bir yüksəkliyə nəzarəti ələ alıb.

Bundan sonra Ermənistan Prezidenti Moskvaya müraciət edib. Onların bu uğursuzluğundan sonra, belə qəfil toparlanmaları və müraciətləri Hadrut planlarının pozulmasından irəli gəlir.

Məqsəd Hadruta Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bu prosesdən Moskva da məmnundur. Çünki Rusiya Dağlıq Qarabağda belə bir insidentlərin davam etməsində maraqlıdır ki, Qarabağda sülh və təhlükəsizlik təmin edilməsin və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasın”.

Siyasi şərhçi deyir ki, Rusiya "sülhməramlı qüvvələri" Qarabağdan çıxarılmalıdır. Çünki Şuşaya çəkilən yolu Rusiya ermənilərin nəzarətinə verməyə çalışır.

''Hadrut ətrafında xeyli silah-sursat aşkar edilib. Bu terrora logistik dəstəkdir. Bura Abxaziya, nədə Cənubi Osetiya deyil. Rusiya buradan çıxmalıdır.

Azərbaycan qəti şəkildə buradakı silahlı erməni birləşmələrinin çıxarılmasını tələb etməlidir. Əgər qalacaqsa, Rusiya onlardan istifadə edərək daima təhlükəsizliyi təhdid edəcək.

Rusiyanın fəaliyyəti Qarabağda sülhməramlı deyil, ermeni terroruna dəstək verir. Açıq şəkildə Rusiya iç üzünü ortaya qoyur. Görünür ki, qələbə paradı və Türkiyə ilə birgə ortaq müttəfiqliyimiz Kremli narahat edib''.

Paylaş: