Şəhid İlqar Mirzəyevin oğlu- “Onun yolu ilə gedəcəyəm” +VİDEO

14.07.2020 19:54 1,037 baxış sayı 2 dəq. oxuma
Şəhid İlqar Mirzəyevin oğlu-
Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyevin nəşi paytaxta gətirilib. Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb. 
 
"Xəzər xəbər”ə müsahibə verən şəhid komandirin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini və atasının yolu ilə gedəcəyini deyib:
 
"Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”.
 
 

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: