Şəhid hərbçi dəfn edildi - FOTOLAR

21.09.2020 14:23 602 baxış sayı 3 dəq. oxuma
Şəhid hərbçi dəfn edildi -

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

Şəhidin cənazəsi nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

 

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: