26.12.2020 11:26
6
abunə
385
Şaxta Baba koronavirusa yoluxdurdu - 18 nəfər öldü

Belçikada qocalar evində koronavirusa yoluxan 18 nəfər dünyasını dəyişib.

Qərb KİV orqanları Şaxta baba kostyumu geyinmiş şəxsin dekabrın əvvəlində Mol qəsəbəsindəki qocalar evini ziyarət etməsindən sonra 121 yaşlı bir sakinin və 36 işçinin virusa yoluxduğunu yazıb.

Mol qəsəbəsi rəsmiləri ziyarətdən sonra xəstələnənlərdən 18-nin öldüyünü və virusun dəqiq mənbəyini təyin etmək üçün laboratoriya araşdırmalarının davam etdiyini qeyd edib.

“İnfeksiyaların mənbəyini müəyyənləşdirmək üçün aparılan işlərin nəticələri hələ sona çatmayıb. Hazırda mənbənin kim olduğunu bilmək mümkün deyil. Hələ ki, bütün diqqət Şaxta babaya yönəlib”,- deyə Molun bələdiyyə sədri Wim Caeyers bildirib.(Qafqazinfo)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine