
Şahdağ parkında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.
Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu rayonda güclü yanğın başladı
Bugun.az

Azərbaycanda meşə ərazisində yanğın başladı
Son Xeberler
Banqladeşin paytaxtında hava limanında yanğın baş...
Azəri Xəbər

Kürdəmirdə Uşaq Bağçasında Yanğın Baş Verib
Azəri Xəbər

SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı
Son Xeberler

Bakıda zavodda yanğın başladı
Bugun.az


