🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Şagird sıxlığı yüksək olan siniflər bölünəcək

29.08.2020 11:25 440 baxış sayı 2 dəq. oxuma
Şagird sıxlığı yüksək olan siniflər bölünəcək

Təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflər/qruplar yarımqruplara bölünəcək, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejimi tətbiq olunacaq. Dərs/məşğələ otaqlarında sosial məsafənin gözlənilməsi, dərs/təlim və dərsdənkənar/praktiki məşğələ saatlarının və dərslərarası/məşğələlərarası fasilələrin diferensiallaşdırılması və optimallaşdırılması, habelə təhsilverənlərin yaşına və sağlamlıq vəziyyətinə görə COVID-19 xəstəliyinə yoluxma riskinin yüksək olmasından asılı olaraq təlim və tədris prosesinə cəlb edilməsi məsələləri təlimin və tədrisin təşkili zamanı nəzərə alınacaq.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında öz əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri müəssisələrində təlimin və tədrisin təşkili zamanı qeyd olunan məsələləri diqqətdə saxlayacaqlar.

Paylaş: