🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sabirabadda yeni doğulan uşaq ölüb - RƏSMİ

21.09.2020 12:35 524 baxış sayı 2 dəq. oxuma
Sabirabadda yeni doğulan uşaq ölüb -

Sentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd sakini Aytac Quliyevanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon Prokurorluğundan erilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Aytac Quliyevanın sentyabrın 16-da saat 13 radələrində doğuş sancıları ilə daxil olduğu Sabirabad rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu oğlan uşağının dünyaya gəlməsi və qeyd edilən tarixdə yeni doğulmuş uşağın ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

 
 
Paylaş: