“Rusiya Ermənistana silahlanmada kömək edir” - Sergey Kopırkin

23.02.2021 12:42 685 baxış sayı 1 dəq. oxuma
“Rusiya Ermənistana silahlanmada kömək edir” -

Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında müxtəlif sahələrdə əlaqələr davam edir.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının genişlənməsi nəzərə alınaraq, bir hissəsinin Ermənistanın şərq istiqamətinə yerləşdirilməsi barədə müdafiə naziri Vaqarşak Arutyunyanın açıqlamasına münasibət bildirən səfir, müvafiq məlumatların vaxtında veriləcəyini qeyd edib.

Diplomat, eyni zamanda Rusiyanın ordunun silahlandırılması və islahatların aparılmasında erməni tərəfdaşlarına kömək etdiyini bildirib.

"Rusiya artıq bunu edir", - deyə Kopırkin əlavə edib.(Azvision.az)

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: