Rus modelin İstanbulda bıçaqlandığı anlar kameraya düşdü - ANBAAN VİDEO

27.01.2021 05:15 1,242 baxış sayı 2 dəq. oxuma
Rus modelin İstanbulda bıçaqlandığı anlar kameraya düşdü -

Türkiyənin İstanbul şəhərində rus turistlərə bıçaqlı hücum olub.

Bu barədə Türkiyə KİV məlumat yayıb. 

Bildirilir ki, rus turistlər şəhərdə gəzərkən kağız toplayan gənc əlində bıçaqla onlara hücum çəkib.

İnsanları bıçaqlayan şəxs turistlərin çantasını götürərək ərazidən qaçıb. Ancaq polislərin axtarışları nəticəsində turistlərə hücum edən şəxs qısa zamanda saxlanılıb.  

Bıçaqlanan qadınlardan birinin Rusiyada tanınmış model olduğu da ortaya çıxıb. Aleksandra Rusanova adlı qadın tanınmış "plyus-sayz" modellərdəndir. Rusanovanın hazırki vəziyyəti sabit qiymətləndirilir.

 

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: