Rəsmi Bakıdan Kanada XİN rəhbərinin bəyanatına reaksiya
Kanada Xarici İşlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olan açıqlamada bildirilir.
“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada Xarici İşlər naziri görünür indi münaqişə ilə məşğul olmağa başlayıb.
Xatırladırıq ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb. BMT TŞ qətnamələrinə əsaslanan bu razılaşma hazırda həyata keçirilməkdədir.
Heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz.
Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT TŞ qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir. Bunun əksi münaqişənin siyasi həllinə və beləliklə də bölgədə sülhün bərqərar olmasına zərər verməkdən başqa bir şey deyildir”, - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
TikTok Kanada'dan Çıxarıldı!
Texnologiya xəbərləri
Rusiya Kanadaya nota verdi
Bugun.az
Prezident AZAL rəhbərinin müraciətindən danışdı: B...
Son Xeberler
COVID-19 peyvəndinin təhlükəli nəticələri
Son Xeberler
Bu gecədən müvəqqəti humanitar atəşkəs elan olunur...
Son Xeberler
WhatsApp-da Emojilərə Daha Asan Yöntem!
Texnologiya xəbərləri