
Qurban kəsimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ

"İnsanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək".
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin müraciətində qeyd olunub.
"Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).
Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur".
Oxşar xəbərlər

Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil ol...
Son Xeberler

Azərbaycanda daha bir qadağa tətbiq ediləcək
Son Xeberler

Əhaliyə XƏBƏRDARLIQ
Xəbər Anı

Qurban Qurbanov kiminlə quda olub?
Xəbər Anı

ƏHALİYƏ RƏSMİ XƏBƏRDARLIQ! —
Son Xeberler

"Qurban Məmmədov sərbəst buraxılıb" -
Son Xeberler