Həmin xanım bildirib ki, polis əməkdaşı yoxlanış zamanı onun şəxsi məlumatlarını əldə edib və S.Mahmudovaya mesaj yazıb.
Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, sözügedən məsələ araşdırılıb və təsdiqini tapıb. Nəticədə polis əməkdaşı Zahir Abbasov haqda qərar verilib. Belə ki, o, tutduğu vəzifədən azad edilib.