
Qırğızıstanda erməni terrorları pislənildi - FOTOLAR

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində anım mərasimi keçirilib. Tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi ehtiramla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin və terror qurbanlarının ruhuna dualar oxunub. Birliyin sədri Əzizağa Əliyev, Bişkek şəhərindəki Azərbaycan məscidinin müftisi Mərifət Şirinov və Qazaxıstanın Çu şəhərindəki Azərbaycan məscidinin müftisi Saleh Qasımov çıxış edərək Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, ermənilərin törətdikləri qanlı cinayətləri, terror aktlarını şiddətlə qınayıblar.
Qeyd edək ki, mərasimdə terror aktlarının ağır nəticələrinə dair 35-dən çox foto nümayiş etdirilib, şamlar yandırılıb, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.
Tədbirdə Azərbaycan icması ilə yanaşı, qazax, tatar, qırğız icmasının nümayəndələri də iştirak edib.
Oxşar xəbərlər

Qırğızıstanda matəm elan olunacaq
Son Xeberler

Atambayev yenidən saxlanıldı
Son Xeberler

Qırğızıstan parlamentinə yeni spiker seçildi
Son Xeberler

Qırğızıstan parlamentinin yeni sədrinin adı məlum...
Son Xeberler

İşğalçı erməni ordusunun mayoru məhv edildi
Son Xeberler

Azərbaycan əsilli döyüşçü UFC-də qalib gəldi -
İdman Xəbər