Son Xeberler
Son Xeberler

03.10.2024 15:25

6 abunə

4

Qəzza Zolağında İnfrastrukturun Böyük Hissəsi Məhv Olub

Qəzza Zolağında İnfrastrukturun Böyük Hissəsi Məhv Olub

İsrail ordusunun hücumları nəticəsində Qəzza zolağında infrastrukturun böyük bir hissəsi, idman obyektləri də daxil olmaqla, dağıdılıb.


Fələstin Prezidenti Mahmud Abbas bu barədə “İdman Diplomatiyası” adı altında Dohada keçirilən Asiya Əməkdaşlıq Dialoqu sammitində danışıb. O, Fələstinli idmançıların İsrailin bütün çətinliklərinə baxmayaraq yarışlarda iştirak etdiklərini və qürurverici uğurlara imza atdıqlarını vurğulayıb.


Abbas, sammitin İsrailin hücumları səbəbiylə Yaxın Şərqin böyük təhlükə ilə üzləşdiyi bir vaxtda keçirildiyini qeyd edib. O, Fələstin və Livan xalqının İsrailin vəhşi hücumlarına məruz qaldığını xatırladıb.