🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Qaziantep Maşınları Azad Olmuş Hələbdə

01.12.2024 22:47 110 baxış sayı 1 dəq. oxuma
Qaziantep Maşınları Azad Olmuş Hələbdə

Suriyada silahlı müxalif qüvvələrin İdlibdən Hələbə doğru başlatdıqları əməliyyat 72 saat ərzində nəticə verdi. Müxaliflər Hələb şəhərinin mərkəzinə daxil oldular və şəhərin böyük hissəsini nəzarətə aldılar. Bu zaman maraqlı mənzərələr müşahidə edildi.


Qaziantep nömrə nişanlı və xüsusi işıqlandırma sisteminə malik bir çox lüks avtomobil şəhərin simvolu olan Hələb qalasına gəldi. Qalada Türkiyə bayrağının dalğalandığı görüldü.


2016-cı ildə Rusiyanın müdaxiləsi nəticəsində şəhəri tərk etməyə məcbur olmuş müxalif qüvvələr səkkiz il sonra Hələbə qayıtdılar. Rejim əleyhinə qruplar qısa müddət ərzində valilik və polis idarəsinin binalarını, eləcə də Hələb qalasını nəzarətə alaraq "Azad Suriyə Bayrağını" qaldırdılar. Bu hadisə ölkə daxilində böyük rezonans doğurub.


Paylaş: