Qaz Təchizatı Dayandırılır: Sabunçu, Qaradağ, Suraxanı və Xəzər Rayonları

30.09.2024 17:25 219 baxış sayı 1 dəq. oxuma Metbuat
Qaz Təchizatı Dayandırılır: Sabunçu, Qaradağ, Suraxanı və Xəzər Rayonları

Bu gün saat 10:00-dan etibarən, Sabunçu, Qaradağ, Suraxanı və Xəzər rayonlarında qaz təchizatı dayandırılacaq.


“Azəriqaz” İB-dən verilən məlumata görə, yeni qaz xətlərinin şəbəkəyə qoşulması, siyirtmələrin quraşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi işləri aparılacaq.


Qaz təchizatı dayandırılan zaman Sabunçu rayonu üzrə Sea Breeze ərazisi və Ləhiş bağları, Qaradağ rayonu üzrə Ümid qəsəbəsi, Suraxanı rayonu üzrə S.Əliyev küçəsi və “A” yaşayış massivi, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisi qazdan məhrum olacaq.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: