Qarabağda təmas xəttindən olan reportaj “ayın videosu” seçildi - VİDEO

09.10.2020 09:35 617 baxış sayı 2 dəq. oxuma
Qarabağda təmas xəttindən olan reportaj “ayın videosu” seçildi -

“Anadolu” agentliyinin (AA) internet saytlarında türk və ingilis dillərində keçirilən səsvermədə Qarabağda təmas xəttindən hazırlanan reportaj “ayın videosu” seçilib.

Bu barədə AA-nın saytında bildirilib.

Məlumata görə, reportajı agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, azərbaycanlı Ruslan Rəhimov hazırlayıb.

Videoda işğalçı Ermənistan ordusunun mülki vətəndaşları hədəfə alan hücumları və vəzifə başında olan jurnalist heyətinin hücumlardan son anda xilas olunmaları görünür. 

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: