“Qarabağ” növbəti ev oyununu da Türkiyədə keçirəcək
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin "Sivasspor" klubuna qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.
UEFA-nın rəsmi saytında yer alan məlumata görə, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.
Xatırladaq ki, "Qarabağ" "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət etmişdi.
Ağdam təmsilçisi II turda İspaniyanın "Vilyareal" komandasına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Bakı vaxtı ilə saat 21:55-də başlayac
Oxşar xəbərlər
“Neftçi” “yoxlama”dan üzüağ çıxdı
İdman Xəbər
"Qarabağ" mərhələ şansını itirdi
Son Xeberler
"Qarabağ" açıqlama yaydı
İdman Xəbər
“Qarabağ”dan növbəti transfer
İdman Xəbər
Operativ qərargah bu komandalara məşqlərə başlamağ...
İdman Xəbər
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Son Xeberler