🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Qarabağ məsələsində qardaş Azərbaycanın yanındayıq” - Çavuşoğlu

20.06.2020 19:30 435 baxış sayı 2 dəq. oxuma
“Qarabağ məsələsində qardaş Azərbaycanın yanındayıq” -

​Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal olunub. Qarabağ problemi və işğal faktının aradan qaldırılması Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunmazlığı çərçivəsində həllini tapmalıdır.

Bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirdiyi mətbuat konfransında deyib.

Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı qərarlarını xatırladan nazir bildirib ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində qətiyyət göstərməyib: “Azərbaycan konstruktiv mövqe göstərsə belə, Ermənistan buna anlaşıqlı yanaşmadı. Qarabağda saxta seçkilər keçirdilər. Beynəlxalq ictimaiyyət bu seçkiləri tanımadı. Ermənistan bu cür təxribatlara son qoymaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə səy göstərməsi lazımdır. Biz bütün məsələlərdə olduğu kimi, Azərbaycanın işğal altındakı torpaqları və Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq. Bundan sonra da yanında olacağıq”.

Qeyd edək ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı Türkiyədə həyata keçirilən normallaşma prosesi ilə bağlı turizm sektorunun canlandırılması məqsədilə “Yenidən kəşf et” təqdimatı çərçivəsində mətbuat konfransı keçiriblər.

Paylaş: